Gəncədə dəm qazı daha bir bədbəxt hadisəyə səbəb olub. Bu haqda 5 mart tarixində Report-a istinadən xəbər veririk.
Hadisə şəhərin Atatürk prospektindəki 8 saylı binada yerləşən mənzillərdən birində qeydə alınıb. 39 yaşlı Urfan Vaqif oğlu Fərəcov və 70 yaşlı anası Eteri Fərəcova dəm qazından zəhərləniblər.
Ana hadisə yerində dünyasını dəyişib. Övladı isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Fakt araşdırılır.