top
Cinayətkarın yüksək səviyyədə cəzalandırılmasını gözləyirik - Hökumənin atası
10 oktyabr 2025, 11:57
- ↺ +

Cinayətkarın yüksək səviyyədə cəzalandırılmasını gözləyirik - Hökumənin atası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçirilib. Qeyd edək ki, iki lider arasında sonuncu görüş bir il əvvəl baş tutub və qəzadan sonra münasibətlərdə gərginlik yaranmışdı.

Görüşdə bir sıra regional və ikitərəfli məsələlər müzakirə olunsa da, diqqət mərkəzində olan əsas mövzu ötən ilin dekabrında baş vermiş təyyarə qəzası idi.

Hadisədən sonra Putin İlham Əliyevə zəng edərək hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə üzrxahlıq etmişdi. O, ötəngünkü görüşdə bu üzrxahlığı bir daha xatırladıb, cinayətkarların cəzalandırılacağını və kompensasiya veriləcəyini bildirib.

Modern.az-a açıqlamasında qəzada həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlal Alıyev bildirib ki, qızını itirməyin ağrısı hələ də soyumayıb.

O, hadisədən on ay keçməsinə baxmayaraq, ədalətin bərqərar olmasını gözlədiklərini deyib: "Mənim istəyim odur ki, cinayətkar saxlanılsın və cəzalandırılsın. Putin geciksə də, gözləyirik ki, cinayətkarlar yüksək səviyyədə cəzalandırılsın, bəlkə bir az təskinlik olar. Ayrı bizə nə lazımdır ki?!"

Cəlal Alıyev Prezident İlham Əliyevə hadisəni rəsmi şəkildə gündəmə gətirdiyi üçün təşəkkür edib.

"Cənab Prezident Putinlə görüşdü, məsələni gündəmə gətirdi. Sağ olsun cənab Prezident, biz ona daim təşəkkür edirik", - o qeyd edib.

Xatırladaq ki, faciə 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qeydə alınıb. AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya hava məkanında texniki və fiziki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb, göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə xilas olub.

Son xəbərlər

Tarix
Bu gün, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
Dünən, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Dünən, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Dünən, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Dünən, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Dünən, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Dünən, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Dünən, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Dünən, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
09 oktyabr 2026, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
09 oktyabr 2026, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
09 oktyabr 2026, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
09 oktyabr 2026, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
09 oktyabr 2026, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
09 oktyabr 2026, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Oxşar xəbərlər