Gəncə xanının nəslindən olan şəxs dünyasını dəyişib. Bu haqda 5 aprel tarixində Azərbaycan səfirliyinə istinadən məlumat veririk.
Söhbət Rza Cavadxanidən gedir. Azərbaycanın ABŞ-dəki səfirliyinin verdiyi məlumata əsasən, o, ABŞ-də vəfat edib.
Cavadxani uzun illərdir ABŞ-də yaşayırdı. Mərhum həm də Azərbaycan vətəndaşı idi. Onun iki qardaşı ABŞ-də, biri Malayziyada, iki qardaşı və bir bacısı isə İrandadır.
Qeyd edək ki, Rza Cavadxani 2007-ci ildə ölkəmizə səfər edərək, Prezidentlə görüşmüşdü. O, ata-baba yurduna gəlməkdən şərəf duyduğunu və Azərbaycanda bütün sahələrdə böyük inkişafın tanığı olduğunu bildirmişdi.