Gəncə təmsilçisi mövsümün 16-cı oyununa çıxacaq. Bu haqda 1 aprel tarixində basketbol klubuna istinadən məlumat veririk.
Oyun Azərbaycan Basketbol Liqasının XVI turu çərçivəsində baş tutacaq. “Gəncə” BK-nın budəfəki rəqibi “Cəlilabad” BK olacaq. Qarşılaşma Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Matç 6 aprel tarixində saat 14:00-da start götürəcək.
Qeyd edək ki, oyun canlı olaraq Azərbaycan Basketbol Federasiyasının Youtube kanalında yayımlanacaq.