Gəncəli idmançı beynəlxalq turnirdə iştirak edəcək. Bu haqda 17 noyabr tarixində Cüdo Federasiyasına istinadən məlumat veririk.
Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançıların cüdo üzrə Avropa çempionatı start götürüb. Burada millimizin tərkibində Nizami yurdunun yetirməsi Könül Əliyeva da yer alıb. Təmsilçimiz 48 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.
Çempionatı canlı olaraq judotv.com saytında izləmək mümkündür.