Şəmkirdə yerləşən tibb ocaqlarının birinin rəhbəri işdən çıxarılıb.
Gencexeber.az məlumat verir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru Emin İsmayılov tutduğu vəzifəsindən azad edilib.
Qeyd edək ki, Emin İsmayılov 2021-ci ildən etibarən sözügedən vəzifəni icra edib. Onun hansı səbəbdən işinə son verilməsi barədə məlumat yoxdur.
