top
Bu şəxslərin də maaşları artırıldı
15 yanvar 2025, 11:35
- ↺ +

Bu şəxslərin də maaşları artırıldı

 

“Nazilər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli (VTC) dərəcələrini təsdiq edib. Minimum əməkhaqqının bu ilin yanvarın 1-dən etibarın 400 manata çatdırılması ilə bağlı olaraq VTC pillələri üzrə də maaş artımları həyata keçirilib. Bununla da həmin vətəndaşlarımızın aylıq tarif (vəzifə) maaşları artırılıb”.

Gencexeber.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, son qərara əsasən, dövlət idarələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımız üçün yeni aylıq vəzifə maaş məbləğləri müəyyənləşib:

“1-ci pillə üzrə maaşlar 345 manatdan 400 manata, 2-ci üzrə 359 manat 416 manata, 3-cü üzrə 371 manatdan 433 manata, 4-cü üzrə 389 manatdan 450 manata, 5-ci üzrə 406 manatdan 470 manata, 6-cı üzrə 422 manatdan 490 manata, 7-ci üzrə 441 manatdan 510 manata, 8-ci üzrə 458 manatdan 530 manata, 9-cü üzrə 478 manatdan 550 manata, 10-cu üzrə 497 manatdan 575 manata, 11-ci üzrə 518 manatdan 600 manata, 12-ci üzrə 538 manatdan 625 manata, 13-cü üzrə 560 manatdan 650 manata, 14-cü üzrə 584 manatdan 675 manata, 15-ci üzrə 607 manatdan 700 manata, 16-cı üzrə 632 manatdan 730 manata, 17-ci üzrə 694 manatdan 760 manata, 18-ci üzrə 833 manatdan 870 manata və nəhayət sonuncu pillə üzrə 1125 manatdan 1150 manatadək artırılıb”.

“Göründüyü kimi, dövlət idarələrində çalışıb VTC-nin ilk pillələri üzrə maaş alan vətəndaşlarımızın maaşları orta hesabla 15 faiz artırılıb. Aşağı pillələrdə daha yüksək əməkhaqqı artımlarının həyata keçirilməsi VTC-də pillələrarası maaş fərqlərini də xeyli dərəcədə azaldıb.

Yeni qərarla 400 mindən artıq vətəndaşımızın maaşları artırıldı. Qeyd edək ki, minimum əməkhaqqının artırılması ilə bağlı olaraq mövcud qanunvericiliyə əsasən, Nazirlər Kabineti də həmin vətəndaşlarımızın əməkhaqlarının artırılması ilə bağlı qərar verir. Bu artımlar da yanvarın 1-dən hesablanacaq. Yəni, həmin vətəndaşlarımız artıq yanvar ayının maaşını artırılmış məbləğ ilə alacaqlar”, – deyə V.Bayramov qeyd edib.

Son xəbərlər

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
01 oktyabr 2026, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
01 oktyabr 2026, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
01 oktyabr 2026, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
01 oktyabr 2026, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Oxşar xəbərlər