Artıq Ramazan ayının son günləridir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bayram namazının qılınacağı vaxtı açıqlayıb.
Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i, yəni Ramazan bayramı 10 və 11 aprel tarixlərinə təsadüf edir. QMİ-dən bildirilib ki, məscidlərdə bayram namazı aprelin 10-u saat 9:00-da qılınacaq.
Bundan başqa, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı da açıqlanıb. Bildirilir ki, fitrə müqəddəs ayın sonuncu günü, yəni 9 aprel tarixində şam namazından sonra çıxarılmalıdır. Qazılar Şurasının Fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.