top
Bu gün Xalq artisti Amaliya Pənahovanın doğum günüdür
15 iyun 2025, 17:00
- ↺ +

Bu gün Xalq artisti Amaliya Pənahovanın doğum günüdür

 

Gəncəli Xalq artisti Amaliya Pənahova yaşasaydı bu gün 80 yaşı tamam olacaqdı.

Gencexeber.az xatırladır ki, Amaliya Əliş qızı Pənahova 1945-ci ilin 15 iyununda Gəncədə anadan olub.

Onun 10 yaşı olanda ailəsi Bakıya köçüb. 1966-cı ildə Amaliya Pənahova Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 18 yaşında İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasına Nargilə roluna dəvət olunub və bu tamaşa aktrisaya uğur gətirib.

Amaliya Pənahova 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində 500-dən çox müxtəlif obrazlar yaradıb. O, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları ilə məşhurlaşıb. Amaliya xanım “Babək” filmində canlandırdığı “Zərnisə” obrazı ilə Azərbaycan kino tarixinə ən açıq səhnələrdə rol alan aktrisalardan biri kimi düşüb.

Pənahova rejissor kimi də fəaliyyət göstərib. O, 12 televiziya və teatr tamaşasına quruluş verib.

O, həyat yoldaşı, aktyor Yusif Muxtarovla birgə 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradır. Teatrın kollektivi Birinci Qarabağ müharibəsi zamanı cəbhə bölgələrində çıxış edirdilər.

Amaliya Pənahova 2013-cü ildə sənətşünaslıq elmləri doktoru adını alıb. Amaliya Pənahova ictimai işlərdə də fəal olub.

Pənahova 1974-cü ildə Əməkdar artist, 1985-ci ildə Xalq artisti fəxri adlarına və bir çox mükafatlara layiq görülüb. 1982-ci ildə o, ilin aktrisası elan edilib.

Amaliya Pənahova 8 noyabr 2018-ci ildə 73 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
Dünən, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Bizim fəxrimiz
26 sentyabr 2026, 09:04

Gəncəli taekvondoçu "Koreya Səfiri Kuboku"nda medal qazandı

Bütün xəbərlər
25 sentyabr 2026, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncəbasar
25 sentyabr 2026, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
25 sentyabr 2026, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Bütün xəbərlər
25 sentyabr 2026, 15:44

Gəncədə Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert keçirilib

Bütün xəbərlər
25 sentyabr 2026, 13:47

Gəncədə məktəblərin yaxınlığındakı çuxurlar sürücüləri BEZDİRİB

Bizim fəxrimiz
25 sentyabr 2026, 12:53

Gəncəli şagirdlər ölkə birinciliyində medal qazanıblar

Bütün xəbərlər
25 sentyabr 2026, 12:32

Gəncədə sabah 32 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
25 sentyabr 2026, 11:52

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 2 İLƏ ENDİRİLİR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:28

Dövlət Miqrasiya Xidməti işçi qəbulu elan etdi – VAKANSİYA VAR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:16

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün xəbərlər
25 sentyabr 2026, 11:08

"Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir" - DYP

Bütün xəbərlər
25 sentyabr 2026, 10:40

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Oxşar xəbərlər