top
Bu gün gəncəli Xalq şairinin doğum günüdür
23 iyun 2025, 12:43
- ↺ +

Bu gün gəncəli Xalq şairinin doğum günüdür

 

Bu gün şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairəsi (1981), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967) Nigar Rəfibəylinin doğum günüdür.

Gencexeber.az məlumat verir ki, Nigar Xudadat qızı Rəfibəyli 23 iyun 1913-cü ildə Gəncədə anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Fəhlə-gənclər məktəbində, 1932-1936-cı illərdə isə Moskva Pedaqoji İnstitutunda təhsil alıb. Öncə Bakı kinostudiyasında ssenari şöbəsində tərcüməçi və redaktor, 1937-1939-cu illərdə isə “Uşaqgəncnəşr”də Bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləyib.

O, ədəbiyyata 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc etdirdiyi “Çadra” şeiri ilə gəlib. Daha sonra, 1934-cü ildə Nigar xanımın şeirlər kitabı nəşr olunub.

Şairənin bir çox şeirlərinə musiqi bəstələnib, tanınmış müğənnilər tərəfindən səsləndirilib. Həyat yoldaşı Rəsul Rzaya həsr etdiyi və Akif İslamzadənin ifasında filmotekamızın qızıl fonduna daxil olmuş “Alagözlüm” mahnısı bu gün də hamının sevərək dinlədiyi ən gözəl əsərlərdən biridir.

Məhsəti Gəncəvinin rübailəri, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Pavloviç Çexovun “Vanya dayı”, “Albalı bağı” dramları, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanları, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərləri məhz Nigar xanım Rəfibəylinin tərcüməsində Azərbaycan oxucularına təqdim olunub.

Nigar Rəfibəyli 9 iyul 1981-ci ildə dünyasını dəyişib. O, Bakıda II Fəxri xiyabanda dəfn edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
Dünən, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Bizim fəxrimiz
26 sentyabr 2026, 09:04

Gəncəli taekvondoçu "Koreya Səfiri Kuboku"nda medal qazandı

Bütün xəbərlər
25 sentyabr 2026, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncəbasar
25 sentyabr 2026, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
25 sentyabr 2026, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Bütün xəbərlər
25 sentyabr 2026, 15:44

Gəncədə Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert keçirilib

Bütün xəbərlər
25 sentyabr 2026, 13:47

Gəncədə məktəblərin yaxınlığındakı çuxurlar sürücüləri BEZDİRİB

Bizim fəxrimiz
25 sentyabr 2026, 12:53

Gəncəli şagirdlər ölkə birinciliyində medal qazanıblar

Bütün xəbərlər
25 sentyabr 2026, 12:32

Gəncədə sabah 32 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
25 sentyabr 2026, 11:52

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 2 İLƏ ENDİRİLİR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:28

Dövlət Miqrasiya Xidməti işçi qəbulu elan etdi – VAKANSİYA VAR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:16

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün xəbərlər
25 sentyabr 2026, 11:08

"Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir" - DYP

Bütün xəbərlər
25 sentyabr 2026, 10:40

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Oxşar xəbərlər