top
Bu gün gəncəli Xalq artistinin doğum günüdür
02 iyun 2025, 14:02
- ↺ +

Bu gün gəncəli Xalq artistinin doğum günüdür

 

Bu gün Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Şahnaz Haşımovanın doğum günüdür.

Gencexeber.az məlumat verir ki, 1957-ci ilin 2 iyun tarixində Kirovabad (indiki Gəncə) şəhərində anadan olan sənətkar bu gün 68 yaşını qeyd edir. Musiqiçi zəngin yaradıcılığı, muğam və xalq musiqisinin inkişafındakı xidmətləri ilə tanınır. O, 1975-ci ildən etibarən Gəncə Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Göy-Göl” Dövlət Mahnı və Rəqs Ansamblının solistidir. 1997–2016-cı illərdə isə Gəncə Dövlət Filarmoniyasına rəhbərlik edib. Hal-hazırda Gəncə Musiqi Kollecində xanəndə müəllimi kimi çalışır.

Şahnaz Haşımova həm də ictimai fəaliyyətlə məşğuldur. O, Yeni Azərbaycan Partiyasının üzvü, şəhər təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin fəxri üzvüdür. Onun repertuarı genişdir – xalq mahnılarından tutmuş muğam, ritmik muğamlar, bəstəkar mahnıları və müxtəlif xalqlara aid əsərlər ifa edib. İfa etdiyi mahnılardan 100-dən çoxu Azərbaycan Televiziyasının “Qızıl Fondu”nda qorunur.

Sənətkar “Azərbaycan SSR əməkdar artisti” (1989), “Azərbaycan Respublikasının xalq artisti” (2000) fəxri adlarına, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə (2016) və bir sıra mükafatlara layiq görülüb. O, eyni zamanda “Mən dərdimi mahnılara danışdım”, “Vətən, sən güman yerimsən” və “Qar dənələri” adlı kitabların müəllifidir.

Şahnaz Haşımova musiqi yaradıcılığı ilə yanaşı, Azərbaycan mədəniyyətinin təbliğində, gənc istedadların yetişdirilməsində və ölkənin musiqi həyatında mühüm rol oynamaqda davam edir.

Gencexeber.az kollektivi olaraq Şahnaz Haşımovanı doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yaradıcılığında uğurları arzulayırıq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Bu gün, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Bu gün, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Bu gün, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Bu gün, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Bu gün, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Bu gün, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Bu gün, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
Dünən, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Bizim fəxrimiz
26 sentyabr 2026, 09:04

Gəncəli taekvondoçu "Koreya Səfiri Kuboku"nda medal qazandı

Bütün xəbərlər
25 sentyabr 2026, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncəbasar
25 sentyabr 2026, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
25 sentyabr 2026, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Oxşar xəbərlər