Gəncə şəhərində bu gün qaz təchizatında müvəqqəti fasilə olacaq.
Gencexeber.az bildirir ki, Z.Hacıyev küçəsində köhnə qaz siyirtməsi yenilənəcək, sızmalar aradan qaldırılacaq və T.Özal küçəsi ilə Atatürk prospektində yeni qaz xətləri mövcud şəbəkəyə qoşulacaq.
Bu səbəbdən saat 10:00-dan etibarən aşağıdakı ərazilərdə qaz verilişi dayandırılacaq:
“Şəhər-1” orta təzyiqli qaz xətti
“Maşınqayırma” orta təzyiqli qaz xətti
“Bağmanlar” QPS və ölçü qovşağına bağlı əhali qaz xətti
Qaz təchizat işlər tamamlandıqdan sonra bərpa olunacaq.