top
Bu gün Gəncənin ilk şəhidlərindən birinin anım günüdür
14 yanvar 2025, 12:00
- ↺ +

Bu gün Gəncənin ilk şəhidlərindən birinin anım günüdür

 

Bəxtiyar Nadir oğlu Əliyev 1965-ci ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunda anadan olub. Bəxtiyar Gəncə şəhərinin ilk şəhidlərindən biridir.

Gencexeber.az məlumat verir ki, o, 1968-ci ildə ailəsi ilə birlikdə Gəncəyə köçüb. Bəxtiyar Əliyev Gəncə şəhər 1saylı orta məktəbini bitirib. 1983-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Bəxtiyar 2 il Kamçatkada xidmət etdikdən sonra Gəncəyə geri dönüb, buradakı Sement-beton zavodunda işləməyə başlayıb.

Bəxtiyar Əliyev 1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulub. Bəxtiyar 100-dən çox erməni ailəsinin Gəncədən çıxarılmasında böyük fəallıq göstərib, onların şəhərdən ərzaq aparmalarına imkan verməyib. O, əksinə, erməni ailələrindən götürdüyü ərzaqlarla Hacıkənddə 44 azərbaycanlı ailəsinin tədarükünü təmin edib.

Ermənistandan gələn vertolyotlar silah və təlim görmüş insanlar daşıyırdı. Onlar Çaykənd ərazisinin dinc əhalisini girov götürüb, hökumət adamlarını belə Göygöl zonasına buraxmırdılar. Buna dözməyən igidlər dəstələr yaradaraq, düşmənin üstünə gedirdilər.

Bəxtiyar Əliyev, Ru­zigar Qasımov və Abbasqulu Məmmədov 1990-cı il yanvarın 12-də indiki Göygöl rayonunun Çaykənd (Todan) kəndi ətrafında gedən qızğın döyüşlər zamanı mühasirəyə düşərək hər biri snayper gülləsi ilə şəhid olublar.

Bəxtiyar Əliyev 14 yanvar 1990-cı ildə Gəncənin Şəhidlər xiyabanında dəfn olunub. O, Abbasqulu Məmmədov və Ruzigarı Qasımovla yanaşı Gəncənin ilk şəhidləri hesab olunur. Nizami yurdunda onun adını daşıyan küçə mövcuddur.

 

Son xəbərlər

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
01 oktyabr 2026, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
01 oktyabr 2026, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
01 oktyabr 2026, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
01 oktyabr 2026, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Oxşar xəbərlər