top
Bu gün Azərbaycanda 28 May – Müstəqillik günü qeyd edilir
28 may 2025, 00:00
- ↺ +

Bu gün Azərbaycanda 28 May – Müstəqillik günü qeyd edilir

 

28 may 1918-ci ildə Azərbaycanda müsəlman şərqinin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikası yaradılıb.

Gencexeber.az məlumat verir ki, 27 may 1918-ci idə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Mayın 28-də isə Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sırasında Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, həmçinin Gəncə ziyalıları Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Nağı və Məmmədbağır Şeyxzamanovlar və digərləri olub. Gəncə şəhəri bu respublikanın ilk paytaxtı idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti indiki Atatürk prospektindəki Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında fəaliyyət göstərib.

Qısa müddət ərzində Azərbaycanın ilk parlamenti və hökuməti yaradıldı, ölkənin sərhədləri müəyyən edildi. Həmçinin Azərbaycanın bayrağı və himni təsis olundu, Azərbaycan dili dövlət dili elan edildi və bir çox digər siyasi-iqtisadi tədbirlər həyata keçirildi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bütün vətəndaşlarına eyni hüquqlar verərək bərabərsizliyi ortadan qaldırdı. Həmçinin Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanındı.

23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra fəaliyyətini dayandırdı. Azərbaycanda sovet hakimiyyəti quruldu.

1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqilliyi yenidən bərpa olunub. Hər il 28 May ölkədə rəsmi şəkildə “Respublika günü” kimi qeyd olunub. 15 oktyabr 2021-ci ildən isə bu tarix “Müstəqillik günü” adlandırılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Bu gün, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Bu gün, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Bu gün, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Bu gün, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Bu gün, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Bu gün, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Bu gün, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Bu gün, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Bu gün, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
Dünən, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Bizim fəxrimiz
26 sentyabr 2026, 09:04

Gəncəli taekvondoçu "Koreya Səfiri Kuboku"nda medal qazandı

Oxşar xəbərlər