Gəncədə yeni kitab evi istifadəyə verilib. Bu haqda 20 aprel tarixində İcra Hakimiyyətinə istinadən xəbə veririk.
Şəhərimizdə “BookZone" Kitab Evinin açılışı olub. Burada klassik, detektiv, psixologiya, fəlsəfə janrında, şəxsi inkişafa və biznesə aid minlərlə kitab yer alıb. “BookZone” Gəncə Kitab Evində kafe də fəaliyyət göstərir. Tədbirdə iştirak edənlər Kitab Evi ilə tanış olublar. Onlara filialın fəaliyyəti və gələcək planlar barədə məlumat verilib, kitablar hədiyyə edilib.
Açılış mərasimində “BookZone” Gəncə Kitab Evinin icraçı direktoru, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit, yazıçı Mahir Hüseynov iştirak edib. O bildirib ki, əsas hədəfləri Gəncə şəhərinə yeni nəfəs gətirmək, uşaqlar, yeniyetmələr və gənclər arasında kitaba olan marağı artırmaq, Vətənini sevən, ziyalı fərdlərin yetişdirilməsinə töhfə verməkdir.
Qeyd edək ki, “BookZone" Kitab Evi Nizami Gəncəvi küçəsi, 468-də yerləşir.