top
Bölgələrdə həkim çatışmazlığı var
01 fevral 2025, 15:00
- +

Bölgələrdə həkim çatışmazlığı var

 

Rayonlarda ciddi həkim çatışmazlığı faktı artıq rəsmi səviyyədə etiraf edilir. Həyəcan təbili Milli Məclis səviyyəsində də çalınır. Ekspertlər isə problemin getdikcə kəskinləşəcəyindən narahatdırlar.

Bölgələrdə ciddi həkim çatışmazlığı var. Müşahidələr göstərir ki, rayonlarda peşəkar yaşlı həkimlər kütləvi şəkildə paytaxtdakı özəl klinikalara üz tuturlar. Gənc həkimlər də bölgələrə getmək istəmirlər. Nəticədə çox xoşagəlməz mənzərə yaranır. Rayonlarda yaşayan insanlar adi bir cərrahiyə əməliyyatı üçün Bakıya üz tutmaq məcburiyyətində qalırlar.

“Onları təqaüdə göndərməyin nə mənası var?!”

Sözügedən məsələ parlamentdə də gündəmə gəlib. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bəzi rayonlarda 100-dən artıq həkim və orta tibb işçisi çatışmır. Komitə sədrinin sözlərinə görə, problemi daha da dərinləşdirən məsələ odur ki, 65 yaşı tamam olan həkimləri həmin gün çağırıb təqaüdə göndərirlər: "Əgər regionlarda həkim çatışmazlığı varsa, onları təqaüdə göndərməyin nə mənası var?! Çox vaxt həmin həkimlərin işləmə vaxtını bir il uzadırlar. Bu da böyük problemə çevrilir. Aidiyyəti üzrə dəfələrlə danışıqlar aparılır və bildirirlər ki, Bakıda təqaüdə çıxmış həkimləri bölgələrə göndərək. Təbii ki, bu, absurd məsələdir. Çünki Bakıda həmin yaşda olan hansı həkim gedib bölgədə fəaliyyət göstərəcək?!” Bəs görəsən, getdikcə kəskinləşən problemin həlli üçün hansı addımlar atıla bilər?


“Təyinat olarsa, həkim də gedib işləyər”

Ekspert Rasif Bağırov hesab edir ki, həkimlərin bölgələrdən uzaq düşməsi kadrların yerləşdirilməsi prosesindəki nöqsanlardan qaynaqlanır: “Problemi aidiyyəti qurumlar özləri yaradırlar. Sonra da məsələni həll etmək üçün “baş sındırırlar”. Əslində Azərbaycanda həkim sayı ilə bağlı problem yoxdur. Hətta bəzi ölkələrlə müqayisədə həkimlərin sayı daha çoxdur. Bizdə əsas problem yerləşdirilmə ilə bağlıdır”. Ekspert vurğulayıb ki, sovet dövründə də Azərbaycan Tibb Universitetinin ildə təxminən indiki qədər məzunu olub. Amma bölgələrdə həkim çatışmazlığı müşahidə edilməyib: “Çünki o dövrdə həkimlərə məcburi qaydada üç illik təyinat verilirdi. Hər kəs də gedib işləyirdi, yer boş qalmırdı. İndi Tibb Universitetini bitirən məzunların dövlət xəstəxanalarına işə qəbulu müsabiqə yolu ilə aparılır. Təyinat məsələsi demək olar ki, yoxdur. Əgər təyinat olarsa, həkim də gedib işləyər. Bölgələrdə həkimlərin maaşı pis deyil, dolanmaq olar”.


Bu say sürətlə artır

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin rəhbəri İlqar Hüseynlinin sözlərinə görə, hazırda demək olar ki, bütün rayonlarda həkimlərə ehtiyac var: “Ölkədə ciddi həkim qıtlığı mövcuddur. Sovet dönəmində tələbələr Tibb Universitetini bitirib dərhal ixtisas alıb həkim kimi fəaliyyətə başlayırdılar. Lakin indiki sistemdə rezidentura təhsili var, yeni ixtisasa yiyələnmə ilə bağlı problemlər var. Tutaq ki, əvvəllər ölkədə kardioloq, ginekoloq çatışmazlığı olardısa, bu zaman ixtisasdəyişmə edilirdi. Artıq bu da yoxdur. Eyni zamanda, həkimlərin normal əməkhaqqı təminatı da mövcud deyil. Çox təəssüf ki, müstəqillik illərində bu problem daha da dərinləşdi. Nəticədə digər ölkələr həkimlərimiz üçün daha cəlbedici oldu. Məsələn, son illərin statistikasına görə, yalnız Almaniyaya 2000-ə yaxın gəncimiz həkim kimi çalışmağa gedib. Bu say sürətlə artır. Problemin daha da dərinləşməməsi üçün həkimlərin əməkhaqqı artırılmalıdır. Rayonlara gedən ixtisaslı tibb işçilərinin mənzil təminatı yaxşılaşdırılmalı, onlara əlavə ödənişlər edilməldir. Bunlar olmasa, həkimlərimizi itirməyə davam edəcəyik”.


Yaş senzinin aradan qaldırılmasına ehtiyac var

Ekspert həkimlər üçün nəzərdə tutulan yaş senzinin aradan qaldırılmasının vacibliyini də qeyd edib: “65 yaşa çatan həkimlərin yaş senzi səbəbindən kütləvi olaraq işdən azad edilməsini doğru saymıram. Ölkənin əsas universitetlərində 75 yaşına qədər çalışan professor, müəllim heyəti var. Pensiyanın təyin edilməsi o demək deyil ki, illərdir fəaliyyət göstərən təcrübəli həkimlərin hamısı işdən azad edilsin”.
İ.Hüseynli deyib ki, inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən məşhur həkimlərin əksəriyyəti 65-70 yaşında olanlardır: “Onlar həm tibbi xidmət göstərirlər, həm də tədrislə məşğul olurlar”.

TƏBİB-də də problemi inkar etmirlər

Problemin mövcudluğunu TƏBİB-də də inkar etmirlər. Mövcud vəziyyətlə bağlı “Kaspi”nin sorğusuna cavab olaraq bildirilib ki, hazırda qurumun tabeliyindəki tibb müəssisələrində 17 092 həkim fəaliyyət göstərir: “Bununla belə, bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən dar ixtisaslar üzrə həkim kadrlarının çatışmazlığı müşahidə edilməkdədir. Mövcud çatışmazlığın aradan qaldırılması istiqamətində TƏBİB tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülür. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən isə "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2023-2024-cü illər üçün Proqram" layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində müxtəlif ixtisaslar üzrə işə qəbul olunan 65 həkim-mütəxəssis (uzman) hazırda Abşeron, Biləsuvar, Şəki, Şəmkir, Samux rayon mərkəzi xəstəxanalarında, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Nərimanov Tibb Mərkəzi, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzində çalışırlar. Həmin həkim-mütəxəssislər daha çox tələbat olan cərrahi, radioloji, terapevtik və pediatrik profilli ixtisaslar üzrə cəlb olunublar”.

Yeni işə qəbul qaydası qüvvəyə minib

Qurumdan vurğulanıb ki, Nazirlər Kabineti “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”nı təsdiq edilib. Həmin qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minib: “Sözügedən qayda ilə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu vahid formada tənzimlənəcək”.

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 15:02

Gəlin qayınananın evini yandırıb... – Bacısı ilə birlikdə

Bütün xəbərlər
Dünən, 09:00

"Toppuş bacı"nın qardaşı vəfat edib

Bütün xəbərlər
04 iyul 2026, 13:58

Gəncədə Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Bütün xəbərlər
04 iyul 2026, 12:00

Monqolustanın quzu ətləri keyfiyyətsiz deyil - EKSPERT

Bütün xəbərlər
04 iyul 2026, 10:24

"İmperialın dördyolu"nda təmizlik işləri aparıldı

Bütün xəbərlər
04 iyul 2026, 09:12

Gəncədə uşaq meydançaları: Quruyan xalçalar, paslı yelləncəklər…

Bütün xəbərlər
03 iyul 2026, 21:02

Məktəbli Əlinin vacib hekayəsi - VİDEO

Bütün xəbərlər
03 iyul 2026, 16:50

Gəncədə bir aydır küçədə qalan UNİTAZ narazılıq yaradır

Bütün xəbərlər
03 iyul 2026, 15:03

Gəncədə yeni avtobuslardakı kondisioner problemi həll olundu

Bütün xəbərlər
03 iyul 2026, 09:05

Gəncədə zibil problemi: Sakinlər qoxudan pəncərə aça bilmir

Bütün xəbərlər
02 iyul 2026, 17:59

Gəncədə "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

Bütün xəbərlər
02 iyul 2026, 17:34

Gəncədə bu məktəbə direktor təyin olunub

Bütün xəbərlər
02 iyul 2026, 16:12

Ən çox saxtalaşdırılan məhsullar AÇIQLANDI – "Kənd toyuğu" da var

Bütün xəbərlər
02 iyul 2026, 15:38

Gəncə Regional Kollecində YENƏ GƏRGİNLİK

Bütün xəbərlər
02 iyul 2026, 15:04

Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bütün xəbərlər
02 iyul 2026, 14:02

Gəncədə 36 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
02 iyul 2026, 12:16

Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb

Bütün xəbərlər
02 iyul 2026, 10:00

Gəncədə şəhid övladları üçün "Yay məktəbi" layihəsinə start verilib

Bütün xəbərlər
02 iyul 2026, 09:24

Gəncədə azyaşlı xəstəxanada öldü

Bütün xəbərlər
01 iyul 2026, 15:37

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
01 iyul 2026, 13:31

Zibil atmağa sevgilisindən icazəsiz gedən qadın döyüldü

Bütün xəbərlər
01 iyul 2026, 12:36

Rayonlara səfər edənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
01 iyul 2026, 12:03

Keçən il bölgəmizdə muzeylərə neçə nəfər gedib?

Bütün xəbərlər
01 iyul 2026, 11:00

Hərbi xidmətə çağırış başladı

Oxşar xəbərlər