Gəncədə şəhər birinciliyi baş tutub. Bu haqda 10 aprel tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Boks üzrə turnir Olimpiya İdman Kompleksində keçirilib. Burada 2010-2011-ci il təvəllüdlü idmançılar mübarizə aparıblar. Yarışda 17 çəki dərəcəsində 80-ə yaxın döyüşçü gücünü sınayıb.
Finala yüksələn boksçular zona birinciliyinə vəsiqə qazanıblar.
Qeyd edək ki, boks üzrə zona birinciliyi aprelin sonunda baş tutacaq. Turnirə Nizami yurdu ev sahibliyi edəcək. Burada finalçılar və 3-cü yeri tutanlar respublika yarışında iştirak hüququ qazanacaqlar.