Gəncədə elmi tədqiqat institutu xarici universitetlə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalayıb. Bu haqda 3 aprel tarixində Bitki Mühafizə və Texniki Bitkilər ETİ-yə istinadən xəbər veririk.
Bitki Mühafizə və Texniki Bitkilər ETİ ilə Volqoqrad Dövlət Aqrar Universiteti arasında onlayn görüş keçirilib. Burada Universitetin rektoru Tseplyayev Vitaliy qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu və imzalanmış müqavilənin vacibliyini vurğulayıb.
Görüşdə elm sahələrində ortaq layihələr həyata keçirmək, elmi toplantılar, konfranslar təşkil etmək, birgə elmi-tədqiqatlar aparmaq, kadr hazırlığı məsələləri müzakirə edilib. Sonda tərəflər arasında onlayn şəkildə qarşılıqlı müqavilə imzalanıb.