Goranboyda yanğın baş verib.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, rayonun Tatarlı kəndində ümumi sahəsi 144 m² olan taxta və dəmir konstruksiyalardan ibarət tövlənin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə və tövlənin damına yığılan 1,5 ton ot bağlaması yanıb.
Çağırış ünvanına qurumun canlı qüvvəsi və texnikası cəlb edilib. Əməkdaşlar alovun yayılmasının qarşısını alıblar.