top
“Bir siqaret yandırdım, dünyam qaraldı” - MƏHKƏMƏ
08 iyul 2025, 14:00
- ↺ +

“Bir siqaret yandırdım, dünyam qaraldı” - MƏHKƏMƏ

 

Göygöl rayonunda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Eynur Babayevin məhkəməsi başa çatıb.

Teleqraf.аz xəbər verir ki, hadisə ötən ilin avqustun 25-də Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Göygöl rayonu ərazisindən keçən 355-ci kilometrliyində baş verib.

Şəmkir rayon sakini Eynur idarə etdiyi “Renault Megane” minik markalı avtomobillə yol hərəkəti qaydasını pozub.

Nəticədə qarşı tərəfdən gələn “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 1991-ci il təvəllüdlü Əvəz Əliyev, 1968-ci il təvəllüdlü Yeganə Qasımova və 1967-ci il təvəllüdlü Aidə Verdiyeva vəfat edib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü əsgərlə görüşə gediblər:

“Həmin vaxt yolu 2 dəfə səhv getdim. Gəncə şəhəri, Dövlət Yol Polisinin Zazalı postuna kimi həyat yoldaşımla telefon ilə danışdım. Gəncə postunu keçdim, doxsanlıq radara çatanda bir siqaret yandırdım. Həmin vaxt yandırıcını yerinə qoyanda bütün dünyam qaraldı. Bundan sonra heç nə yadımda qalmayıb”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Ona 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək qadağan olunub.

Müttəhimin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib. O, məhkəmə zalından həbsə alınıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
Bu gün, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
Dünən, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
Dünən, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
Dünən, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
Dünən, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
Dünən, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
Dünən, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
Dünən, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Bizim fəxrimiz
Dünən, 09:04

Gəncəli taekvondoçu "Koreya Səfiri Kuboku"nda medal qazandı

Bütün xəbərlər
25 sentyabr 2026, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncəbasar
25 sentyabr 2026, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
25 sentyabr 2026, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Bütün xəbərlər
25 sentyabr 2026, 15:44

Gəncədə Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert keçirilib

Bütün xəbərlər
25 sentyabr 2026, 13:47

Gəncədə məktəblərin yaxınlığındakı çuxurlar sürücüləri BEZDİRİB

Bizim fəxrimiz
25 sentyabr 2026, 12:53

Gəncəli şagirdlər ölkə birinciliyində medal qazanıblar

Bütün xəbərlər
25 sentyabr 2026, 12:32

Gəncədə sabah 32 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
25 sentyabr 2026, 11:52

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 2 İLƏ ENDİRİLİR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:28

Dövlət Miqrasiya Xidməti işçi qəbulu elan etdi – VAKANSİYA VAR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:16

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün xəbərlər
25 sentyabr 2026, 11:08

"Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir" - DYP

Bütün xəbərlər
25 sentyabr 2026, 10:40

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Bütün xəbərlər
25 sentyabr 2026, 10:17

İki şəhid xanımı universitetə qəbul olunub

Oxşar xəbərlər