Gəncədə məhkəmələrdən birinə casusluğa görə saxlanılan şəxsin işi daxil olub. Bu haqda 2 aprel tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməliyyat tədbirləri keçirib. Nəticədə Validə Elçin qızı Yusifova saxlanılıb. Cinayət işinin təfərrüatı haqda hələlik ətraflı məlumat yayılmayıb.
Bildirilir ki, iş üzrə ibtidai istintaq tamamlanıb. Toplanmış materiallar Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Yusifovaya qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.