Gəncədə qızılcaya yoluxanların sayı açıqlanıb. Bu haqda 18 yanvar tarixində İctimai TV-yə istinadən məlumat veririk.
Son bir ayda şəhərimizdə qızılcaya yoluxanların sayının artdığı bildirilir. Məlumata əsasən, son ay yarımda 235 nəfər sözügedən xəstəliyə tutulub. Şəhər gigiyena və epidemiologiya mərkəzinin şöbə müdirinin sözlərinə görə, ötən ayadək Gəncədə yalnız 1 nəfərdə qızılcaya yoluxma halı aşkarlanıb. Lakin sonradan rəqəmlər kəskin artıb.
Bu səbəbdən şəhərimizə 85 doza vaksin gətirilib. Həmin peyvənd 850 nəfər üçün nəzərdə tutulub.
Həkimlər bildirirlər ki, 11-40 yaş arası qızılca xəstəliyi keçirməyən hər kəsin vaksinasiya prosesinə qatılması tövsiyə olunur.