İyulun 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Gencexeber.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Gədəbəydə 2, Şəmkir və Ağstafada 1 mm-dir.
İyulun 21-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Gəncədə 24, Goranboyda 19, Naftalan və Mingəcevirdə 16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu dağlıq rayonlarda 32, Aran rayonlarında isə 41 dərəcəyədək isti qeydə alınıb.