Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Bildirilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Şəmkir, Yevlaxda duman müşahidə olunub, dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Aran rayonlarında 4 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.