Gəncə Yeni il bayramına hazırlaşır. Bu haqda Gencexeber.az-a 14 dekabr tarixində məlumat daxil olub.
Bu hal şəhərin baş meydanında müşahidə olunur. Adıçəkilən ərazidə dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə hazırlıq işləri gedir.
İcra Hakimiyyətinin qarşısına MKTİB-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Burada küknar ağacı quraşdırılır. Həmçinin ərazi bayram şənliyi üçün bəzədiləcək.