Gəncə təmsilçisinin məşqləri bərpa edilib. Bu haqda 19 fevral tarixində basketbol klubuna istinadən xəbər veririk.
“Gəncə” BK üzvləri Gəncə Olimpiya İdman Kompleksində məşqlərə davam edirlər. “Sarı-göylər" trenajor zalında fiziki hazırlıq keçir və meydançada taktiki-texniki yöndə çalışırlar. Bununla bağlı klub məlumat paylaşıb.
Xatırladaq ki, bir neçə gün qabaq çempionatda millinin oyunları səbəbindən komandamızın məşqlərində yaranan fasilə barəsində xəbər vermişdik.