Gəncə təmsilçimiz növbəti rəqibi ilə görüşəcək. Bu haqda 27 mart tarixində basketbol klubuna istinadən məlumat veririk.
Azərbaycan kuboku çərçivəsində “Gəncə BK” ilə “Şəki” qarşılaşacaq. Matç bu gün saat 16:30-da baş tutacaq.
Rəqiblər Sərhədçi İdman Mərkəzində mübarizə aparacaqlar. Oyunu basketbol klubunun “Youtube” kanalında canlı yayımda izləmək mümkün olacaq.