Gəncə basketbol klubumuz daha bir rəqibi ilə görüşüb. Bu haqda 1 fevral tarixində Azərbaycan Basketbol Federasiyasına istinadən məlumat veririk.
"Xırdalan" və "Gəncə" klubları üz-üzə gəliblər. Oyun "Xırdalan" klubunun qələbəsi ilə bitib.
Rəqiblərin görüşü 93:87 hesabla yekunlaşıb. Azərbaycan Basketbol Liqasının XIII turu çərçivəsində keçirilən matç Sərhədçi İdman Mərkəzində olub.