“Birbank” tətbiqinin istifadəsində problem yaranıb.
Gencexeber.az məlumat verir ki, tətbiq istifadəçiləri bir neçə saatdır, sistemin işləmədiyini və heç bir əməliyyat apara bilmədiklərini qeyd edirlər.
Qeyd edək ki, bir neçə gün öncə də “Birbank” sistemində problem olmuşdu.