Gəncədə bir nəfər mənzildə köməksiz qalıb. Bu haqda 30 mart tarixində FHN-ə istinadən məlumat veririk.
Gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə şəhər sakininin bağlı qapı arxasında qalması haqda məlumat daxil olub. Əraziyə xilasetmə qüvvələri cəlb olunub. Onlar giriş qapısını açaraq, vətəndaşı halsız vəziyyətdə aşkar ediblər.
Sakin aidiyyəti üzrə təhvil verilib.