top
Azərbaycanda metapnevmavirusa yoluxma halları qeydə alınıb? – RƏSMİ AÇIQLAMA
15 yanvar 2025, 16:54
- ↺ +

Azərbaycanda metapnevmavirusa yoluxma halları qeydə alınıb? – RƏSMİ AÇIQLAMA

 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ölkədə qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət diqqət mərkəzindədir.

Orta məktəblərdə də virusun sürətlə yayılması valideynləri ciddi narahat edir və onlar dərslərin dayandırılmasını tələb edirlər.

Bakuplus.аz sosial şəbəkələrdə məktəblərin distant təhsilə keçməsi ilə bağlı səslənən təkliflərə münasibət öyrənmək üçün Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən saytımıza bildirilib ki, ölkəmizdə qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət daim diqqət mərkəzindədir:

“Payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər həyata keçirilir ki, bunlardan da ən vacibi qrip infeksiyasına qarşı peyvəndləmə işidir. Belə ki, sentyabr ayından başlayaraq ölkə ərazisində mövsümi qrip əleyhinə vaksinasiya tədbirləri uğurla həyata keçirilir. Əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir. Əsasən də xroniki xəstəliyi olanlar, hamilə qadınlar, immun sistemi zəif olanlar üçün qrip vaksini vacibdir”.

Məlumatda qeyd olunur ki, respirator virus infeksiyalarının ilkin əlamətləri qeydə alındıqda mütləq tibb müəssisəsinə müraciət etmək, həkim təyinatı əsasında müalicə olunmaq vacibdir: “Bu zaman ağırlașmaların və xəstəliyin yayılmasının qarşısı alınır. Hazırda ölkəmizdə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər”.

Gigiyena və Epidemiologiya Mərkəzi məktəblərin distant təhsilə keçməsi ilə bağlı səslənən təkliflərə də cavab verib:

“Hazırda məktəblərin distant təhsilə keçirilməsinə ehtiyac yoxdur”.

Son xəbərlər

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
01 oktyabr 2026, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
01 oktyabr 2026, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
01 oktyabr 2026, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
01 oktyabr 2026, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Oxşar xəbərlər