Yanvarın 12-də Azərbaycan-İran sərhədində zəlzələ olub.
Gencexeber.az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, təbii hadisə Yardımlı stansiyasından 14 km şimalda, Azərbaycanla-İran sərhədində (İran ərazisində) saat 23:27-də 3,1 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 26 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi hiss olunmayıb.