Gəncədə universitetlərin birində təyinat olub. Bu haqda 28 mart tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən xəbər veririk.
Azərbaycan Texnologiya Universitetinə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor təyin olunub. Həmin vəzifə Şahmar Umud oğlu Həsənova tapşırılıb. O, 17 iyun 1981-ci ildə Gəncədə anadan olub. 2007-ci ildən ATU-nun İctimai elmlər və multikulturalizm kafedrasında pedaqoji fəaliyyətə başlayıb. Eyni zamanda 2022-ci ilin sentyabrından 2024-cü ilin mart ayına qədər ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri vəzifəsini icra edib.
O, Ali Attestasiya Komissiyasının 2023-cü il 1 sentyabr tarixli qərarı ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 43 elmi məqalənin, 2 tədris proqramının və 1 dərs vəsaitinin müəllifidir.