Gəncədə ölümlə nəticələnən qəza baş verib. Bu haqda 27 dekabr tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə Vəli Xuluflu küçəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil 42 yaşlı Rauf Sarıyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, Rauf Sarıyev dünyasını dəyişib.
Qeyd edək ki, həmin şəxs Gəncə şəhər MKTİB-nin işçisi idi.