Gəncə universitetinin sabiq tələbəsi dünyasını dəyişib. Bu haqda 21 dekabr tarixində ATU-ya istinadən məlumat veririk.
Söhbət Azərbaycan Texnologiya Universitetinin sabiq tələbəsi Nicat Samid oğlu Sadıqovdan gedir. O, uzun sürən xəstəlikdən sonra vəfat edib.
Mərhum xəstəliyi ilə əlaqədar ötən ildən – III kursdan təhsilini dayandırmışdı.
Qeyd edək ki, Nicat 6 aprel 1998-ci ildə Bərdə rayonunda anadan olub. 2018-ci ildə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecini bitirərək subbakalavr kimi Texnologiya Universitetinin Logistika və nəqliyyat texnologiyaları ixtisasına qəbul olmuşdu.