Gəncə universitetlərindən birinin rəhbərliyi beynəlxalq tədbirə qatılıb. Bu haqda 22 fevral tarixində ATU-ya istinadən məlumat veririk.
Rusiyanın paytaxtı Moskvada ilk Avro-Asiya İT Forumu baş tutub. Buraya Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov da qatılıb. Onunla yanaşı, ATU-nu strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov da təmsil edib.
Forum iki gün davam edib. Yaşar Ömərov "Rəqəmsal dövlət idarəçiliyi üzrə kadr hazırlığı" adlı panelin spikeri olaraq çıxış edib.
Qeyd edək ki, tədbir Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Burada bir çox ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.