Azərbaycan Texnologiya Universitetinin (ATU) İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Nüsrət Məsim oğlu Əhmədov vəfat edib.
Gencexeber.az bildirir ki, bu barədə ATU məlumat yayıb.
Nüsrət Əhmədov 1977-ci ildən ATU-da çalışıb, uzun illər ərzində tələbələrin elmi dünyagörüşünün formalaşmasına, gənc nəslin savadlı və vətənpərvər ruhda yetişməsinə töhfələr verib.
Allah rəhmət eləsin!