Azərbaycan Texnologiya Universiteti (ATU)
əcnəbi tələbə qrupları üzrə Azərbaycan dili müəllimi vakansiyası elan edir.
Gencexeber.az bildirir ki, bununla bağlı ATU məlumat yayıb.
Namizədə tələblər:
• Azərbaycan dili müəllimliyi və ya filologiya ixtisası üzrə magistr təhsili;
• İngilis dili biliyi (ən azı C1 səviyyəsi);
Namizədlər CV-lərini 30.09.2025-ci il tarixinədək hr@atu.edu.az ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində "Azərbaycan dili müəllimi" qeyd olunmalıdır. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.