top
Arvadının üzərinə sulfat turşusunu tökən şəxsə cəza verildi
11 iyul 2025, 09:57
- +

Arvadının üzərinə sulfat turşusunu tökən şəxsə cəza verildi

 

Gözəllik salonunda arvadının üzərinə turşu tökən şəxsə cəza verildi

Gəncə Şəhər Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Arif Səfərzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.аz xəbər verir ki, hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 02 iyul 2024-cü il tarixdə, saat 17:40 radələrində Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən gözəllik salonlarının birində qeydə alınıb.

Belə ki, Arif Səfərzadə gözəllik salonunda işləyən arvadı, zərərçəkmiş Nahidə Səfərzadənin (adı, soyadı şərtidir) yanına gəlib. O, əlində gətirdiyi ağ rəngli qabda olan qatı sulfat turşusunu qəsdən qadının üzərinə ataraq zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurub.

Hadisədən sonra Arif Səfərzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

O, məhkəmədə ifadəsində bildirib ki, zərərçəkmiş şəxs 1 il 9 ay qanunsuz olaraq onu psixi xəstəxanada saxlatdırıb. Oradan çıxdıqdan sonra ətrafdakılar ona arvadını cavan oğlanla gördüklərini deyiblər. Bundan əsəbiləşərək özü ilə turşu götürüb Nahidənin işlədiyi gözəllik salonuna gedib. Çöldə salondan insanların çıxdığını gözləyib, sonra içəri girib və məhlulu qadının üzərinə töküb.

Son xəbərlər

Tarix
28 mart 2026, 16:52

Xidmət etdiyi rejimin qurbanına çevrilən GƏNCƏLİ

Bütün xəbərlər
28 mart 2026, 16:03

Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

Bütün xəbərlər
28 mart 2026, 15:51

Gəncə növbəti mötəbər yarışa EV SAHİBLİYİ EDƏCƏK

Bütün xəbərlər
28 mart 2026, 13:08

Kişi qan xəstəsi olan qardaşını təpiklədi

Bütün xəbərlər
28 mart 2026, 12:04

Azərbaycan neftinin qiyməti 4 illik rekordunu qırdı

Bütün xəbərlər
28 mart 2026, 11:29

Qatarların qrafikində gecikmələr ola bilər

Bütün xəbərlər
28 mart 2026, 10:41

Gəncədə qadın sürücü həmcinsini xəstəxanalıq etdi

Bütün xəbərlər
28 mart 2026, 09:39

Gəncəli teatrşünas MÜKAFATLANDIRILDI

Bizim fəxrimiz
27 mart 2026, 18:00

Gəncəli pedaqoq ALİMLİK zirvəsinə yüksəldi

Bütün xəbərlər
27 mart 2026, 17:34

Gəncədə qadının barmağı üzükdən azad edilib

Bütün xəbərlər
27 mart 2026, 15:57

Hava sabah da yağıntılı olacaq

Bütün xəbərlər
27 mart 2026, 15:00

Gəncədə yanğında boğulan kişi yeriməkdə çətinlik çəkirmiş

Bütün xəbərlər
27 mart 2026, 14:17

Kürdə köməksiz qalan ailə üzvlərinin adları məlum olub - YENİLƏNİB

Bütün xəbərlər
27 mart 2026, 13:00

Dül-dül çinarı haqda eşitmisiniz?

Bütün xəbərlər
27 mart 2026, 12:22

Gəncənin Venesiyadan nəyi əksikdir?

Bütün xəbərlər
27 mart 2026, 11:27

Yeniyetmə 34 yaşlı kişini bıçaqladı

Bütün xəbərlər
27 mart 2026, 11:01

Ata evdə yatmağa icazə verməyən oğlunu döydü

Bütün xəbərlər
27 mart 2026, 10:18

Vətən müharibəsi qazisi və jurnalist vəfat etdi

Bizim fəxrimiz
27 mart 2026, 09:50

Zaltskotten şəhəri 19 yaşlı GƏNCƏLİ ilə fəxr edir

Bütün xəbərlər
27 mart 2026, 09:12

Gəncədə it hücumlarının ƏSAS SƏBƏBlərindən biri

Bütün xəbərlər
26 mart 2026, 18:00

Gəncədə Nizami kinoteatrının qarşısı zülmət qaranlıq olur

Bütün xəbərlər
26 mart 2026, 17:26

Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadılıb

Bütün xəbərlər
26 mart 2026, 16:34

Gəncədə yeniyetməni vuran sürücü hadisə yerindən qaçıb

Bütün xəbərlər
26 mart 2026, 16:00

"Kəpəz" yoluna Donqosuz davam edəcək

Oxşar xəbərlər