Gəncədə mağazada qayda pozuntuları qeydə alınıb. Bu haqda 6 mart tarixində AQTA-ya istinadən məlumat veririk.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları yoxlamalar keçiriblər. Monitorinq çərçivəsində Heydər Əliyev prospekti ilə Pərviz Səmədov küçəsinin kəsişməsində fəaliyyət göstərən mağazada çalışan işçi heyətin ilkin və dövri tibbi müayinəyə cəlb olunmadığı, xüsusi geyimlə təmin edilmədiyi, məhsulların döşəmədən və divardan ara məsafəsi gözlənilmədən saxlanıldığı, müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. Bundan başqa, satışı həyata keçirilən müxtəlif çeşidli mənşəyi məlum olmayan məhsullar aşkar edilib.
Faktla bağlı sahibkar barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib.