top
AQTA Gəncədə restoranlarda monitorinqlər keçirir
Foto
18 sentyabr 2025, 11:03
- ↺ +

AQTA Gəncədə restoranlarda monitorinqlər keçirir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kütləvi tədbirlər zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar hazırlıq işlərini davam etdirir.

Gencexeber.az-a bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri və Göygöl rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektlərinin qida təhlükəsizliyi sahəsində qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirib. Bəzi ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb, nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.

Göygöl şəhəri, A.Kazımov küçəsindəki "Gilavar-2" restoranında aşkarlanan nöqsanlar:

1.Mətbəx və manqal sahələrində havalandırma sisteminin qurulmaması

2.Soyuducularda mal qonşuluğu prinsipinin pozulması

3.Qida məhsullarının qəbuluna və istifadəsinə dair nəzarətin aparılmaması, filtrasiya və təmizləmə proseslərinin kifayət etməməsi

4.Qida məhsullarının emalı, istehsalı və saxlanması üçün tələb olunan şəraitin təmin edilməməsi

Gəncə şəhəri, Gülüstan qəsəbəsindəki "Üç Qardaş" restoranında aşkarlanan nöqsanlar:

1.İstehsal və köməkçi sahələrdə temperatur və təmizlik nəzarətinin aparılmaması

2.İşçi heyətin şəxsi gigiyena qaydalarına riayət etməməsi

3.Qəbul edilən məhsulların etiketlənməsi, qablaşdırılması və yararlılıq müddətinə nəzarət olunmaması, yararlılıq müddəti bitmiş məhsulların satışına yol verilməsi

Gəncə şəhəri, Totanlı küçəsindəki "Aşurlu" restoranında aşkarlanan nöqsanlar:

1.Toyuq ətinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədin mövcud olmaması

2.Keyfiyyəti və mənşəyi barədə məlumat olmayan süd məhsullarından istifadə edilməsi, üzərində istehsalçı, tərkib, istehsal tarixi və saxlanma şəraiti ilə bağlı qeydlərin olmaması

3.Çalışan işçilərin sanitar geyim forması ilə təmin olunmaması

Gəncə şəhəri, H.Əliyev və P.Səmədov küçələrinin kəsişməsindəki "Polad" restoranında aşkarlanan nöqsanlar:

1.Qida məhsulu ilə təmasda olan material və məmulatların saxlanması üçün sahə və bölmələrin ayrılmaması

2.İstifadə olunan qapalı, su sızdırmayan, pedallı, yuyulabilən və içərisinə tullantı torbası yerləşdirilə bilən tullantı qutularının mövcud  olmaması

3.Mətbəx və manqal sahəsində istifadə olunan alət və avadanlıqların təmizlənəbilən, korroziyaya davamlı və qeyri-toksik materialdan hazırlanmaması

Gəncə şəhəri, Ü.Hacıbəyov və S.Şirazi küçələrinin kəsişməsindəki "Aytac" restoranında aşkarlanan nöqsanlar:

1.Qida məhsullarında istifadə olunan suyun filtrasiyadan keçirilməməsi

2.Müəssisənin emal və yardımçı sahələrində döşəmə və divar səthlərinin tamlığının pozulması

3.Mətbəxdə istifadə olunan masaların standartlara uyğun olmaması

4.Mətbəxdə pəncərələrin sınıq olduğu və standartlara uyğun olmaması

Qeyd edək ki, Gəncədə "Kolorit" restoranında da nöqsanlar aşkarlanıb, lakin nöqsanların hamısı aradan qaldırılıb və müəssisənin fəaliyyəti normativlərə uyğun vəziyyətə gətirilib.

 

Son xəbərlər

Tarix
Bu gün, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
Dünən, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Dünən, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Dünən, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Dünən, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Dünən, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Dünən, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Dünən, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Dünən, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
09 oktyabr 2026, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
09 oktyabr 2026, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
09 oktyabr 2026, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
09 oktyabr 2026, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
09 oktyabr 2026, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
09 oktyabr 2026, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Oxşar xəbərlər