Gəncədə müəssisələrdən birində qayda pozuntusu üzə çıxıb. Bu haqda 9 dekabr tarixində AQTA-ya istinadən məlumat veririk.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri şəhər ərazisində reydləri davam etdirirlər. Növbəti yoxlanılan ticarət obyekti Şah İsmayıl Xətai prospektində yerləşən "Bolmart" mağazası olub.
Burada baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktı aşkarlanıb. Nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.