Gəncədə növbəti əmlak hərraca qoyulacaq. Bu haqda 1 mart tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakları satışa çıxarır. Hərrac 13 mart tarixində saat 11:30-da baş tutacaq.
Sözügedən əmlaklar arasında Nizami yurdunun Heydər Əliyev prospekti, ev 391 ünvanında yerləşən qeyri-yaşayış sahəsi də yer alır. Mülkün ümumi sahəsi 2000 kvadratmetrdir. İlkin satış qiyməti isə 3 395 000 manat təşkil edir.
Qeyd edək ki, hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) təşkil olunacaq. Ətraflı məlumat almaq istəyən şəxslər aşağıdakı linkə keçid edə bilərlər: