Gəncədə daha bir obyektdə nöqsanlar aşkarlanıb. Bu haqda 6 yanvar tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat veririk.
AQTA-nın müfəttişləri Təbriz küçəsində fəaliyyət göstərən "Kardio" aptekində plandankənar yoxlama keçiriblər. Nəticədə müəssisədə Azərbaycan dilində markalanması olmayan məhsulların satılması faktı aşkarlanıb.
Üzə çıxan nöqsanla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.