Gəncədə film nümayişi təşkil olunacaq. Bu haqda 4 aprel tarixində Gənclər Evinə istinadən məlumat veririk.
Yığıncaq Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən Regional nümayəndəliyinin və Gəncə 2 saylı Regional Asan Xidmət Mərkəzinin tərəfdaşlığı ilə baş tutacaq. Tədbir Aprel döyüşlərinə həsr edilir. Burada "Aprel döyüşləri tariximizin şanlı səhifəsidir" adlı film nümayiş olunacaq.
Görüş 5 aprel tarixində saat 15:00-da Gənclər Evində keçiriləcək. Tədbirdə hər kəs ödənişsiz olaraq iştirak edə bilər.