Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib. Bu haqda 15 dekabr tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Şəhər sakinləri - 23 yaşlı Ayşən Nəbiyeva və onun azyaşlı övladı zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər. Ailəyə yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Bildirilib ki, hadisə ana və övladının qonaq getdikləri evin vanna otağında baş verib.
Faktla bağlı araşdırma aparılır.