Gəncədə dörd nəfər dəm qazından zəhərlənib. Bu haqda 20 fevral tarixində Report-a istinadən xəbər veririk.
Bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Onlar 8 yaşlı H.Qasımov, 9 yaşlı Z.Qasımova, 13 yaşlı M.Qasımova və 14 yaşlı M.Qasımovadır.
Zəhərlənmiş ailə üzvləri xəstəxanaya çatdırılıblar. Məlumata görə, onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma aparılır.