top
Ağstafalı deputat: Oyun biznesi turizmin inkişafına xidmət edəcək
21 iyun 2025, 17:58
- ↺ +

Ağstafalı deputat: "Oyun biznesi turizmin inkişafına xidmət edəcək"

 

Dünya təcrübəsi göstərir ki, əyləncə və oyun turizmi bölgəyə xarici turist axınını artırır, otellər, restoranlar və digər xidmət sahələri üçün yeni iş yerlərinin açılmasına səbəb olur, xarici və yerli investisiyaların turizm infrastrukturuna cəlb edilməsinə imkan verir, büdcə üçün əlavə gəlir mənbəyi yaradır, ölkəyə xarici valyuta axını kanallarından birinə çevrilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin iyunun 21-də keçirilən iclasında Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.

Ağstafalı deputat bildirib: “Bununla belə, müzakirə etdiyimiz layihə qətiyyən ölkəmizdə “kazino iqtisadiyyatı”nın və ya şəbəkəsinin qurulmasını nəzərdə tutmur. Əgər belə təsəvvürlər varsa tamamilə yanlışdır. “Oyun biznesi” yalnız və yalnız elit turizmin sadəcə bir tamamlayıcı elementi və ya komponentidir. Oyun biznesinin gələcəkdə iqtisadiyyatımıza müəyyən təsirləri olsa da, o, Azərbaycanda nə sahibkarlıq fəaliyyətinin, nə qeyri-neft sektorunun əsasını təşkil etmir. Nə dövlətimiz, nə də cəmiyyətimiz ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı gözləntilərini tamamilə bu sahə ilə bağlamır. Oyun biznesi ölkəmizdə lisenziyalaşdırılan və icazə tələb edən 160-a yaxın sahibkarlıq və iqtisadi fəaliyyət növündən yalnız biridir. Bundan başqa Azərbaycanda 2024-cü ilin nəticələrinə əsasən fəaliyyətdə olan sahibkarlıq subyektlərinin sayı 322 mindən çoxdur. Bunun təkcə 76 mini hüquqi şəxs olan sahibkardır. Ölkəmizdə rəqabət qabiliyyətli milli iqtisadiyyatın qurulması, innovativ təşəbbüslərin dəstəklənməsi, sahibkarlığa kömək, sənayeləşmənin həyata keçirilməsi, aqrar sahənin inkişafı, ixrac potensialının artırılması, tranzit imkanlarımızın reallaşdırılması iqtisadi sahədə dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyən edilib. Bunu gerçəkləşdirmək üçün ölkəmizdə sənaye parkları, texnoparklar, aqroparklar yaradılmaqdadır. Dövlətimizin iqtisadi strategiyası da, sənaye və sahibkarlıq siyasəti də, sosial inkişaf və məşğulluq konsepsiyası da bəllidir”.

A.Əmiraslanov qeyd edib ki, bir çox hallarda “oyun biznesi”nin təşkili çirkli pulların yuyulması təsəvvürünü yaradır. Lakin təqdim edilən layihənin müddəalarına əsasən “oyun biznesi” “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun təsir dairəsinə düşür. Bu məqsədlə, adıçəkilən Qanuna bununla bağlı müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
Dünən, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Bizim fəxrimiz
26 sentyabr 2026, 09:04

Gəncəli taekvondoçu "Koreya Səfiri Kuboku"nda medal qazandı

Bütün xəbərlər
25 sentyabr 2026, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncəbasar
25 sentyabr 2026, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
25 sentyabr 2026, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Bütün xəbərlər
25 sentyabr 2026, 15:44

Gəncədə Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert keçirilib

Bütün xəbərlər
25 sentyabr 2026, 13:47

Gəncədə məktəblərin yaxınlığındakı çuxurlar sürücüləri BEZDİRİB

Bizim fəxrimiz
25 sentyabr 2026, 12:53

Gəncəli şagirdlər ölkə birinciliyində medal qazanıblar

Bütün xəbərlər
25 sentyabr 2026, 12:32

Gəncədə sabah 32 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
25 sentyabr 2026, 11:52

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 2 İLƏ ENDİRİLİR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:28

Dövlət Miqrasiya Xidməti işçi qəbulu elan etdi – VAKANSİYA VAR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:16

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün xəbərlər
25 sentyabr 2026, 11:08

"Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir" - DYP

Bütün xəbərlər
25 sentyabr 2026, 10:40

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Oxşar xəbərlər