Ağstafada yanğın baş verib.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən (FHN) məlumat verir ki, bədbəxt hadisə rayonun Pirili kəndində qeydə alınıb. Belə ki, “Belarus” markalı traktor alışıb.
Hadisə yerinə FHN-nin canlı qüvvəsi və texnikası cəlb edilib. Əməkdaşlar alovun qarşısını alıblar.