Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Apa.аz xəbər verir ki, 1968-ci il təvəllüdlü E.Hüseynov yolu keçmək istəyərkən onu avtomobil vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.